Alimlər hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar
ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, bu həşəratlar təkcə insanın bədən qoxusuna deyil, həm də müəyyən geyim rənglərinə reaksiya verir.
Fhnews.az “Nature Communications” jurnalında dərc olunmuş məqaləyə istinadla xəbər verir ki, Vaşinqton Universitetinin biologiya professoru Ceffri Riffelə görə, görünən spektr dalğaları ağcaqanadları cəlb edir. Yəni, qırmızı, çəhrayı və boz rəngli paltarlar bu həşəratların sizi daha aydın görməsinə səbəb olur.
Ağcaqanadlardan qorunmaq üçün həmin rənglərdən imtina edilməsini məsləhət görən alimlər qeyd edirlər ki, bənövşəyi, mavi, ağ və yaşıl rəngli paltarlar bu həşəratları cəlb etmir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...