2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Alimlər beynin sevgi xəritəsini yaradıblar

26-08-2024
IMG

Finlandiyada aparılan araşdırmada Aalto Universitetinin tədqiqatçıları beynin hansı hissəsində sevgi və məhəbbət hiss olunduğunu ortaya çıxarıblar. Tədqiqatın həmmüəllifi filosof Parttyli Rinne deyir ki,biz müxtəlif sevgi növləri ilə əlaqəli beyin fəaliyyətinin əvvəlki araşdırmalarından daha əhatəli bir mənzərə təqdim etmişik. 

Araşdırmada Rinnenin rəhbərlik etdiyi qrup 27 fərqli sevgi növünün bədənin hansı nahiyələrində hiss olunduğunu müəyyən edib.Araşdırma çərçivəsində Helsinkidə yaşayan, ən az bir övladı olan və uzun müddət xoşbəxt münasibətdə olduqlarını söyləyən 55 iştirakçının beyin hərəkətləri MRT taramaları ilə izlənilib. Tədqiqatçılar beyinlərini izlədikləri iştirakçılara 6 fərqli sevgi növünü aktivləşdirəcək hekayələr danışıblar. Uşaqlara, dostlara, təbiətə, ev heyvanlarına, yad bir insana sevgi ilə yanaşı, bir qəribə duyulan sevgi də araşdırılıb.Alimlər müəyyən ediblər ki, beyin fəaliyyəti məhəbbət obyektindən asılıdır, məsələn, insana sevgi və ev heyvanına və ya təbiətə olan sevgi müxtəlif bölgələri aktivləşdirir.

Onların ən təəccüblü tapıntısı insanlara sevgi növləri ilə əlaqəli beyin bölgələrinin çox oxşar olması, yalnız aktivləşmə dərəcəsinin fərqli olmasıdır. Tədqiqatçılar övlad sevgisində ən güclü beyin fəaliyyətini müşahidə ediblər. 

Tədqiqatçılar ümid edirlər ki, araşdırmalar bağlanma pozğunluqları, depressiya və ya əlaqələr problemləri üçün daha yaxşı müalicə üsulları hazırlamağa kömək edəcək.

Paylaş: