Əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 41,4 mini ambulator, 19,9 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla bərabər, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları - robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, “Dance ability” (rəqs terapiyası) və s. də tətbiq edilir.
Stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...