2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Ali məktəblərdə IV ixtisas qrupu üzrə 4600 plan yeri ayrılıb

08-08-2024
IMG

2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi avqustun 9-dan 19-dək aparılacaq.

Paylaş: