Əlcəzairdə qar magistral yollarda nəqliyyatın hərəkətini iflic edib
Əlcəzairin şimal bölgələrinə yağan güclü qar magistral yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.
Fovqaladexeberler.az xəbər verir ki, bu barədə TASS Əlcəzairin Milli Jandarmına istinadən məlumat yayıb.
Əsasən Tizi-Ouzou əyalətini Bejaia və Bouira ilə birləşdirən bir neçə yolda nəqliyyatın hərəkəti iflic olub. Ən çətin vəziyyət dağ aşırımları olan ərazilərdə müşahidə olunur. Qarın yağması ilə əlaqədar polis sürücülərə diqqətli olmağı tövsiyə edib.
Meteorologiya xidməti qeyd edib ki, bu, həftəsonu iyirmidən çox əyalətdə qar yağacağı gözlənilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...