Əlcəzair klubunun avtobusunun aşması nəticəsində 2 nəfər ölüb
Əlcəzairin “El Bayad” klubunun avtobusunun aşması nəticəsində 2 nəfər ölüb.
Fovqaladexeberler.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, hadisə komanda yüksək liqanın XI turunda “Kabilia” ilə səfər oyununa yollanarkən baş verib.
Nəticədə köməkçi məşqçi Xalid Meftah və 27 yaşlı qapıçı Zakaria Buuziani vəfat edib. Daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.
Baş vermiş faciə ilə əlaqədar yerli futbol federasiyası ölkədaxili bütün liqalarda həftəsonu keçirilməli olan turu təxirə salıb. Eyni zamanda, dekabrın 26-da təşkil edilməsi nəzərdə tutulan Əlcəzair Kubokunun püşkatma mərasimi də təxirə salınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...