Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan daha 10 nəfərin şəxsiyyəti müəyyənləşib
Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan 38 nəfərdən daha 10 nəfərin şəxsiyyəti müəyyən edilib: 4-ü Azərbaycan, 3-ü Qazaxıstan, 3-ü Rusiya vətəndaşıdır.
Fhnews.az Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, digərlərinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. 20 zərərçəkən tibb müəssisələrində qalır. Xəstəxanaya yerləşdirilən 29 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib.
Hadisə yerində 235 şəxsi heyət əməkdaşı çalışır, 98 vahid texnika cəlb olunub.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...