2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Aksarayda bərpa edilən 114 yaşlı Hereke xalçası Haaqa Sülh Sarayına təhvil verilib

10-01-2025
IMG

Osmanlı dövründə Haaqa Sülh Sarayına hədiyyə edilən 114 illik tarixi Hereke xalçası Aksarayda bərpa işləri tamamlandıqdan sonra Hollandiyaya təhvil verilib. Xalça saraydakı Yapon zalında quraşdırılıb.

Mərasimdə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Türkiyənin Haaqa səfiri Selçuk Ünal, Hollandiya təhsil, mədəniyyət və elm nazirinin müavini Barbera Volfensberger, Hollandiya xarici işlər nazirinin müavini Heleen Bakker, Karnegi Fondunun prezidenti Piet Hein Donner iştirak ediblər. Mərasimə Daimi Arbitraj Məhkəməsi Baş katibi Marcin Czepelak, Sultanhanı Bələdiyyə Başçısı Fahri Solak və diplomatlar da qatılıb.
Nazir Ərsoy çıxışında Əbdülhəmit Xanın 1911-ci ildə Hollandiyada Sülh Sarayına hədiyyə olaraq göndərdiyi Hereke xalçasının istifadəyə görə zamanla köhnəldiyini bildirib.

Xalçanın bərpasının Aksarayda tamamlandığını və bu gün təkrar istifadə üçün Hollandiyaya təhvil verildiyini bildirən Ərsoy "Bu xalça xaricdəki ən böyük Hereke xalçasıdır. Söhbət 13,5 milyondan çox tikmə olan xalçadan gedir. Bu araşdırma iki ölkənin mədəni yanaşması üçün çox vacibdir."-deyib.
Ersoy 2024-cü ilin  Hollandiya ilə diplomatik əlaqələrin başlamasının 100-cü ildönümü olduğunu xatırladaraq, bu işin çox mənalı bir ildə həyata keçirildiyinə diqqət çəkib.

Xalçanın bərpa prosesinin bir il çəkdiyini və daha uzun sürəcəyi gözlənilən prosesin qısa müddətdə tamamlandığını bildirən Ərsoy xalçanı mərasimlə təhvil verməkdən məmnun olduqlarını bildirib.

1911-ci ildə Osmanlı İmperatorluğu tərəfindən hədiyyə edilən Hereke xalçasının Türkiyə hüdudlarından kənarda əldə toxunan ən böyük xalçalardan biri olduğu məlumdur.

Təxminən 13 milyon 704 min 480 türk “Gordes” düyünlərindən ibarət və 700 kiloqram ağırlığında olan xalça bərpadan sonra bir çox konfrans və Daimi Arbitraj Məhkəməsinin iclaslarına ev sahibliyi edən Yapon Salonunun döşəməsini bəzəyib.

Hereke xalçasının təmiri 8 mərhələdə Londonda Bukingem Sarayının xalçalarını da bərpa edən təcrübəli ustalar tərəfindən aparılıb.Xalça rəqəmsal olaraq yarım kvadrat metrlik 280 bərabər hissəyə bölünüb. Ən son texnologiyadan istifadə edilməklə aparılan müayinələr nəticəsində xalçada 15 müxtəlif növ zədə aşkar edilərək, ciddi korlanmanın mebeldən istifadə nəticəsində baş verdiyi müəyyən edilib.

100 ildən çox əvvəl toxunan xalçada istifadə olunan sapları və rəngləri müəyyən etmək üçün ekspert qrupu Ankaradakı Türkiyənin Enerji, Nüvə və Mədən Araşdırmaları İnstitutunun laboratoriyalarından dəstək alıb.

Xalça səthinin müxtəlif yerlərindən götürülmüş mikro nümunələrin analiz nəticələrinə əsasən, orijinal sap növlərinə uyğun təmir sapları təmin edilmiş və onların rəngləri yerində kolorimetr ölçmələri ilə təyin edilmiş və saplar ənənəvi üsullarla bitki mənşəli və kök boyaları ilə boyanmışdır.

Paylaş: