Ahmed Tabet: Fransa beynəlxalq hüquqa qarşı çıxır
Azərbaycan hökumətinin və Bakı Təşəbbüs Qrupunun bizə dəstəyini yüksək qiymətləndirir və təşəkkürümüzü bildiririk.
Fhnews.az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən “Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı” mövzusunda beynəlxalq konfransda Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet səsləndirib.
Ölkəsinin müstəqillik uğrunda mübarizəsindən bəhs edən qonaq bildirib: “Fransa xalqımıza qarşı müstəmləkəçilik siyasəti aparır. Qəmər xalqının müstəqilliyi BMT tərəfindən tanınıb. 1975-ci ildən sonra Fransa yenidən ordusunu Mayota yerləşdirdi. BMT-nin Fransa ordusunun Mayotdan çıxarılması ilə bağlı qətnamələri olsa da, müstəmləkəçi ölkə buna əhəmiyyət vermir və bununla Fransa beynəlxalq hüquqa qarşı çıxır”, - deyə Ahmed Tabet qeyd edib.
Almaniya Prezidenti Frank-Valter...
Azərbaycan-Avropa İttifaqı...
Ceyhun Bayramov İran Prezidentinin...
Azərbaycanın təşəbbüsü ilə BMT-də mina...
Azərbaycan ilə İran arasında ikitərəfli...