Agentlik: Bu günə qədər 71 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib
2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir.
Fhnews.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan dilində və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır.
Bu günə qədər ümumilikdə 71 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib. 2024-2025-ci tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulu proqnozlaşdırılan uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə olunur.
Agentlik tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildirir ki, övladlarının 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər “mektebeqebul.edu.az” saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
Xatırladaq ki, uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesinə iyulun 11-dən başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...