Afrika qitəsi ikiyə bölünür?
Alimlər Afrika qitəsinin gözlənildiyindən çox sürətlə parçalandığını açıqlayıblar. İlk dəfə 2005-ci ildə Efiopiyada ortaya çıxan 56 kilometrlik nəhəng çat sürətlə genişlənməkdə davam edir. Afrika, Ərəbistan və Somali plitələrinin sərhədləri yaxınlığında yerləşən çat yaxınlaşan kontinental sürüşmənin başlanğıcını təmsil edir. Mütəxəssislər bildirirlər ki, bu qırılma qlobal və regional miqyasda geniş təsir göstərəcək. Yeni qitə və okean gözlədiyimizdən daha sürətli formalaşacaq. Bəs, qitələrin ikiyə bölünməsi hansı nəticələrə gətirib çıxara bilər? Afrika qitəsinin gələcəyi necə olacaq?
Santa Barbara Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma bölünmənin gözləniləndən daha tez baş verəcəyi barədə xəbərdarlıq edir. Professor Ken MakDonald Şərqi Afrikanın Efiopiya çatından nə vaxt qoparaq Somali və Nubiya plitələrinə daxil ola biləcəyi ilə bağlı proqnoz verib.
O deyib ki, ola bilər ki, Hind okeanının suları içəri daxil olub indiki Şərqi Afrika Rift Vadisini su bassın. Alimlər yeni okeanın əmələ gəlməsinin yaxın bir-beş milyon il ərzində baş verəcəyini proqnozlaşdırıblar ki, bu da ilkin proqnozlaşdırılan sürətdən iki dəfə çoxdur.
Yeni okeanın dərinliklərinin Atlantik okeanına bənzəyəcəyi gözlənilir.
Qeyd edək ki, Efiopiya çatı ilk dəfə 2005-ci ildə indi Şərqi Afrika Rift Vadisi kimi tanınan səhrada yaranıb.
Yer qabığındakı bu nəhəng çat yaxınlaşan kontinental sürüşmənin başlanğıcını təsdiqləyir. Hesabatda Ərəb plitəsinin son 30 milyon ildir Afrika qitəsindən yavaş-yavaş sürüşdüyü və Somali plitəsinin də oxşar tektonik davranış nümayiş etdirdiyi bildirilib.
Ədən körfəzi və Qırmızı dəniz eyni kontinental sürüşmənin bir hissəsi olaraq meydana gəlib. 2018-ci ildə Keniyada yağan güclü yağışlardan sonra çatlar əmələ gəlib. Bəzi yerli sakinlər həmin vaxt zəlzələ hiss etdiklərini bildiriblər.
Tədqiqatçılar deyirlər ki, iki lövhə bir-birindən uzaqlaşdıqca belə çatlar əmələ gəlməyə davam edəcək və Madaqaskar iki ayrı adaya bölünəcək.
Afrikanın ikiyə bölünməsi elm adamları tərəfindən diqqətlə izlənir. Bu vəziyyət qitənin gələcəyi ilə bağlı mühüm proqnozlar verməyə imkan verir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...