Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
Əfqanıstanın şərqindəki Paktiya əyalətində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində azı yeddi nəfərin öldüyü təsdiqlənib.
Fhnews.az xəbər verir ki, bu barədə “Bakhtar News Agency” məlumat yayıb. Bildirilib ki, əyalətin Canixail rayonunun Cakaorqor kəndində torpaq sürüşməsi zamanı yaşayış evləri dağılıb.
Qeyd edək ki, Əfqanıstanın ucqar ərazilərində insanlar əsasən leysan, qar və zəlzələlər də daxil olmaqla təbii fəlakətlərə qarşı həssas olan palçıq evlərdə yaşayırlar.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...