2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Əfqanıstanda daşqınlar daha 6 nəfərin həyatına son qoyub

26-02-2025
IMG

Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində güclü yağışlar daşqınlara səbəb olub.

Fhnews.az xəbər verir ki, təbii fəlakət nəticəsində azı altı nəfər həlak olub, beş nəfər isə xəsarət alıb.

Əyalətin İnformasiya və Mədəniyyət Departamentinin direktoru Hafiz Əbdül Bari Rəşidin sözlərinə görə, təbii fəlakət Qaraşk, Sangin, Musa-Qala, Nəvzad, Babaci rayonlarına və əyalətin administrativ mərkəzi olan Ləşkərgaha ciddi zərər vurub.

Dünən isə Qəndəhar və Fərah əyalətlərində leysan yağışlarının səbəb olduğu daşqınlar 29 nəfərin ölümü, bir neçə nəfərin isə yaralanması ilə nəticələnib.

Paylaş: