2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Əfqanıstanda daşqın və fırtınalar ciddi problemlər yaradıb

16-07-2024
IMG

Əfqanıstanın Nangerhar əyalətində güclü yağış və fırtınalar nəticəsində azı 35 nəfər həyatını itirib, 230 nəfər yaralanıb.

Sosial mediada əks olunan görüntülərdə fırtına və şiddətli yağış səbəbindən ağacların aşdığı, küçələrin və evlərin su altında qaldığı görünüb.

Digər tərəfdən, Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabında təbii fəlakətlərin ağır itkilərə səbəb olduğunu yazaraq may ayında başda Bağlan vilayəti olmaq üzərə Əfqanıstanın şimal bölgələrində meydana gələn sellər səbəbindən ölənlərin sayının 400-ü keçdiyini qeyd edib.

Qeyd edək ki, Əfqanıstanda qış aylarında havaların isinməsi, leysan yağışlar və infrastrukturun qeyri-kafi olması nəticəsində yağan qarın əriməsi daşqınlara çevrilib, bu isə  böyük can və mal itkilərinə səbəb olur. Təbii fəlakətlər nəticəsində ölkədə hər il yüzlərlə insan ölür.

Paylaş: