Əfqanıstanda daşqın: 36 nəfər ölüb, 40 nəfər yaralanıb
Bazar ertəsindən etibarən Əfqanıstanın hər yerində güclü yağış və qar yağmaqda davam edir.
Əfqanıstan Milli Fəlakət Agentliyinin sözçüsü Abdullah Can Saiq verdiyi açıqlamada Qəndəhar və Helmand əyalətlərində, əksəriyyəti Farahda olmaqla ümumilikdə 36 nəfərin həyatını itirdiyini, 40 nəfərin isə yaralandığını bildirib. 240 ev tamamilə dağılıb, 61 ev zərər görüb, yüzlərlə hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
Bəzi ərazilərdə qar səbəbindən yollar bağlanıb. Fərəh vilayətində dünən baş verən seldə ən azı 21 nəfərin həyatını itirdiyi açıqlanıb.
Qeyd edək ki, Meteorologiya xidməti ölkənin 34 əyalətindən 32-də qar və yağışla yanaşı qəfil daşqınlar barədə xəbərdarlıq etmişdi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...