Əfqanıstan və Pakistan arasındakı Torkham Sərhəd Qapısı yenidən açılıb
Əfqanıstan və Pakistan arasındakı gərginlikdən sonra bağlanan mühüm keçid məntəqələrindən biri olan Torkham Sərhəd Qapısı yenidən açılıb. Nangerhar Polis Departamentinin sözçüsü Əbdülbasir Zabali Əfqanıstan və Pakistan rəsmiləri arasında keçirilən görüşlərin müsbət keçdiyini və səhər saatlarından etibarən Torkham Sərhəd Qapısının sərnişinlərə və tranzit keçidlərə açıldığını bildirib.
Xatırladaq ki, avqustun 13-də sərhəd qapısı bölgəsində sərhəd mübahisəsi zəminində Əfqanıstan və Pakistan təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma olub, daha sonra isə sərhəd qapısı bağlanıb. Əfqanıstanın Nangerhar əyalətindəki Torkham Sərhəd Qapısı, Qəndəhar əyalətindəki Spin Boldak Sərhəd Qapısı ilə birlikdə iki ölkə arasında ən sıx keçid məntəqələri kimi seçilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...