Əfqanıstan daşqınlarla mübarizə aparır
Əfqanıstanın şimalındakı Faryab və qonşu Sari Pul əyalətində güclü yağış və daşqınlar nəticəsində 17 nəfər ölüb, 11 nəfər yaralanıb. Faryab əyalətinin sözçüsü Esmatullah Muradi dünəndən bəri Lövlaş rayonunda təsirli olan şiddətli yağış və sel nəticəsində 12 nəfərin həyatını itirdiyini, 11 nəfərin isə yaralandığını açıqlayıb. Sər-i Polda isə son iki gündə daşqınlar nəticəsində biri uşaq olmaqla 4 nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, bu ay Əfqanıstanda baş verən daşqınlarda minlərlə insan evsiz qalıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...