ADPU ilə Türkiyə universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor köməkçisi Riyad Rüstəmli Türkiyənin Üsküdar və Haliç universitetlərində olub.
Fhnews.az xəbər verir ki, ADPU-dan verilən məlumata görə, İstanbulda yerləşən Üsküdar Universitetinin rektoru professor Nazifə Güngör və Haliç Universitetinin baş katibi Burak Başqan ilə keçirilən görüşlərdə ADPU-nun sözügedən ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi məsələsi müzakirə edilib. Eyni zamanda, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər əsnasında ADPU ilə Üsküdar Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu təqdim edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...