"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb
Bakıda keçirilən “ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər imzalanıb.
Nazirlikdən verilən məlumata görə, MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin “Aselsan” şirkəti, Elmi-Tədqiqat İnstitutu ilə Belarus Respublikasının Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika”, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi ilə Türkiyənin REPKON, Çinin "China Precision Machinery Import-Export Corporation", Bosniya və Herseqovinanın "Tehnicki Remont Bratunac", Slovakiyanın "MSM Group", İsrailin "AS Holdings" və "Elbit Systems", Serbiyanın "Yugoimport SDPR" şirkətləri arasında müqavilələr imzalanıb.
Sənədlər həmin qurumlar arasında hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsini nəzərdə tutur.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...