Ədəbiyyat üzrə Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb
İsveç Kral Elmlər Akademiyası ədəbiyyat üzrə Nobel mükafatı laureatını elan edib.
Fhnews.az Nobel mükafatının rəsmi “nobelprize.org” saytına istinadla xəbər verir ki, mükafat Cənubi Koreya yazıçısı Han Kanqa verilib.
Onun ən məşhur əsərləri 2016-cı ildə Beynəlxalq Buker Mükafatını qazandığı “Vegetarian”, həmçinin “İnsan aktları” və “Ağ kitabdır”.
2018-ci ildə onun “Əlvida” novellası Kim Yuçjun mükafatını, 2023-cü ildə isə onun son romanı “Mən əlvida demirəm” Fransada “Mediçi” mükafatına layiq görülüb.
Mükafat “tarixi travmalara qarşı duran və insan həyatının kövrəkliyini ifşa edən gərgin poetik nəsrə görə” ifadəsi ilə təqdim edilib. Onun yaradıcılığı mühüm sosial mövzuları əhatə edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...