2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ABŞ şirkətinin "Mavi Kabus" kosmik gəmisi Aya uğurla eniş edib

02-03-2025
IMG

ABŞ-nın “Firefly Aerospace” şirkəti tərəfindən toz toplamaq və səthin temperaturunu ölçmək üçün buraxılan “Blue Ghost” kosmik gəmisinin Aya uğurla eniş etdiyi açıqlanıb.

Şirkətin Texasdakı Missiyaya Nəzarət Mərkəzindən verilən açıqlamada kosmik gəminin Aya avtonom şəkildə eniş etdiyi bildirilib.

“Blue Ghost” kosmik gəmisi həmçinin ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) üçün qazma, vakuum və digər təcrübələr üçün təchizat daşıyır.

Şirkətin Aya ilk missiyasını həyata keçirən kosmik gəmisi “Blue Ghost” Aydan toz toplamaq, səthin temperaturunu ölçmək, gələcəkdə Ay səthində geyinilə biləcək paltarlar üzərində araşdırmalar da daxil olmaqla 10 təcrübə aparmaq məqsədi daşıyır.

Paylaş: