ABŞ sahillərinə “Fransin” qasırğası yaxınlaşır
ABŞ sahillərinə daha bir güclü qasırğa yaxınlaşır.
Fhnews.az xəbər verir ki, Meksika körfəzində formalaşan tropik fırtınanın sentyabrın 11-də ABŞ sahillərinə yaxınlaşan zaman birinci dərəcəli qasırğaya çevriləcəyi proqnoz edilir. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, Luiziana sahillərində “Fransin” qasırğası 137 km/saat sürətə malik olacaq.
ABŞ-ın neft şirkətləri “Fransin” qasırğasına görə qazma işlərini dayandıraraq işçilərini evakuasiya edir. Qasırğanın ABŞ körfəzi sahillərində hasilatı pozacağına dair narahatlıqlar səbəbi ilə neft qiymətləri bazar ertəsi təxminən 1 faiz bahalaşıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...