ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub
Amerika Birləşmiş Ştatları Rusiya dəniz məhsullarının idxalına qadağa qoyub.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin səhifəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyadan qızılbalıq, treska, xərçəng və mintayın idxalına qadağa qoyan sənədi dərc edib.
Qadağa Rusiya gəmiləri tərəfindən tutulan dəniz məhsullarına da şamil edilir.
Məhdudiyyətlər bu cür balıq, dəniz məhsulları və onların hazırlıqlarının Rusiyadan kənarda emal edilib-edilməməsindən və ya əhəmiyyətli dərəcədə başqa məhsula çevrilməsindən asılı olmayaraq tətbiq edilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...