2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

ABŞ-nın gizli sənədləri ictimaiyyətə açıqlanacaq

24-01-2025
IMG

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın “anadangəlmə vətəndaşlığ”ın dayandırılmasını təklif edən sərəncamına ilk maneə məhkəmə sistemindən gəlib.Federal hakim qərarın müvəqqəti dayandırılmasına qərar verib.

Trampın fərmanı ABŞ Konstitusiyasının 14-cü düzəlişinə zidd sayılıb. Maddədə Birləşmiş Ştatlarda doğulan hər kəsə vətəndaşlıq verilir. Fərmanda isə fevralın 19-dan etibarən bu təcrübənin dayandırılması nəzərdə tutulur.

22 ştatın baş prokuroru nizamnaməyə qarşı 5 ayrı iddia qaldırıb. Onlar anadangəlmə vətəndaşlığın konstitusiya haqqı olduğunu bildirərək reqlamentin ləğvini istəyiblər.

ABŞ-nın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb. Birləşmiş Ştatlar tarixinin ən mübahisəli hadisələrindən biri olan Con Kennedi və Martin Lüter Kinqin qətlləri ilə bağlı qovluqların məxfiliyi ləğv edilib. Trampın yeni sərəncamı ilə indiyə qədər gizli saxlanılan sənədlər ictimaiyyətə açıqlanacaq.

Paylaş: