ABŞ-ın milli parkında iki səyahətçi ölü tapılıb
ABŞ-ın qərbindəki Yuta ştatında milli parkda iki səyahətçi ölü tapılıb.
Fhnews.az “Associated Press”ə istinadla xəbər verir ki, bununla bağlı Milli Park Xidməti rəsmiləri məlumat yayıb. Onların açıqlamasına görə, San Juan dairəsinin ucqar şimal-qərb hissəsində cığırla gəzinti zamanı ölənlər ata və qızı olub.
Onları çıxarmaq üçün İctimai Təhlükəsizlik Departamentinin helikopter köməyindən istifadə edilib.
San Juan dairəsinin polis ofisi və Milli Park Xidməti hadisə ilə bağlı araşdırma aparır. İlkin ehtimala görə, bədbəxt hadisənin baş verməsinə əsas səbəb həmin ərazidə yüksək temperaturun qeydə alınmasıdır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...