2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ABŞ Günəşə görünməyən kraterləri araşdırmaq üçün Aya kosmik gəmi  göndərib

27-02-2025
IMG

"Athena" adlı kosmik gəmi “SpaceX” şirkətinin istehsal etdiyi “Falcon 9” raketi ilə ABŞ-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb.

Bildirilib ki, missiya çərçivəsində atılan “Grace” adlı pilotsuz uçuş aparatının buz, su və ya qaz olub olmadığını müəyyən etmək üçün Ayın heç bir günəş işığı almayan cənub qütbündə yerləşən kraterdə təxminən 20 metr dərinliyə enməsi planlaşdırılır. Kraterlərdə buz tapılarsa, gələcəkdə bu buzdan su, oksigen və raket yanacağı istehsalında istifadə ediləcək. 

ABŞ Aeronavtika və Kosmos Agentliyinin  məlumatına görə, "Athena”nın apardığı təcrübələr astronavtların Aya qayıtmasında əsas rol oynayacaq.
Kosmik gəminin Ayın orbitinə martın 6-da çıxacağı gözlənilir.

Paylaş: