ABŞ-da yeni qasırğa həyəcanı
“Helene”dən sonra ABŞ-nın Florida ştatı bu dəfə “Milton” qasırğasına hazırlaşır. ABŞ Milli Qasırğa Mərkəzi “Milton” qasırğasının oktyabrın 9-da ştatın qərbindəki Tampa körfəzinə düşə biləcəyini açıqlayıb.
Federal Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyinin Florida bölməsinin rəhbəri Kevin Guthrie verdiyi açıqlamada ştatın 2017-ci ildə “İrma” qasırğasından sonra ən böyük evakuasiyaya hazırlaşdığını bildirib.
Ştat “Helene”nin geridə qoyduğu ziyanı təmizləməyə davam edərkən, Florida qubernatoru Ron DeSantis ştatın “Milton” qasırğasından daha ağır zərbə ala biləcəyini söyləyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...