ABŞ-də yanğına görə 7 min sakin təxliyə edilib
ABŞ-nin Nyu-Meksiko ştatında dağlıq ərazidə başlayan yanğın 500-dən çox evi külə döndərib.
Fhnews.az xəbər verir ki, yanğınla əlaqədar yeddi mindən çox sakin təxliyə edilib. Əraziyə çox sayda yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Rəsmi məlumata görə, 80 kvadrat kilometrdən çox ərazini məhv edən yanğının qarşısını almaq hələ ki, mümkün olmayıb.
Ekspertlər bildirirlər ki, ABŞ-nin cənubunda 2 ildir qış çox yağıntılı keçdiyi üçün çox sayda ot bitib. Yayda isə müşahidə edilən şiddətli isti və quraqlıq yanğın riskini artırır.
Qeyd edək ki, ötən həftə Nevada ştatında 44 dərəcə Selsi, Kaliforniyada isə 50 dərəcə Selsi istilik qeydə alınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...