ABŞ-da tornado və qasırğaların fəsadı artır
Təxminən 2 gündür ABŞ-nın müxtəlif bölgələrində təsirli olan tornado və qasırğalar regionda ciddi problemlərə yol açıb.ABŞ-nın Texas, Oklahoma, Arkanzas, Kentukki və Alabama ştatlarına təsir edən tornado və qasırğalarda həyatını itirənlərin sayı 23-ə yüksəlib.
Texasda 7, Oklahomada 2, Arkanzasda 8, Kentukkidə 5 və Alabamada 1 nəfərin öldüyü təsbit edilərkən, ölkə daxilində davam edən elektrik kəsilməsindən ən az 400 min adamın təsirləndiyi bildirilib.
ABŞ Milli Hava Xidməti Vaşinqton, Şimali Karolina, Virciniya və Merilenddə yaşayan təxminən 16 milyon insan üçün tornado xəbərdarlığı verərək sakinləri mümkün risklərə qarşı diqqətli olmağa çağırıb.Bundan əlavə, Nyu York, Pensilvaniya və Nyu Cersidə yaşayan təxminən 30 milyon insan üçün fırtına xəbərdarlığı edilib.
Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Baydenin tornado və qasırğalardan zərər çəkmiş bəzi ştatların qubernatorları ilə telefon danışığı apardığı bildirilib. Bayden Oklahoma qubernatoru Kevin Stitt, Arkanzas qubernatoru Sarah Hukabi Sanders və Texas qubernatoru Qreq Abbottla danışaraq hökumətin fəlakət bölgələrinə federal dəstək göstərəcəyini bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...