2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ABŞ-da son 10 ildə qızılcadan ilk ölüm faktı qeydə alınıb

27-02-2025
IMG

ABŞ-nın Texas ştatında qızılca epidemiyası davam edir.Texas ştatının Lubbock şəhərində bir uşağın qızılcadan öldüyü açıqlanıb.

2015-ci ildən bu yana ölkədə qızılcadan ilk ölüm faktı qeydə alınıb. Ölən uşağa qızılcaya qarşı peyvənd edilmədiyi bildirilib.

Fevralın əvvəlindən Texasda ən azı 124 nəfərin qızılcaya yoluxduğu, onlardan yalnız 5-nin peyvənd olunduğu və yoluxma hallarının çoxunun uşaqlar olduğu bildirilir. Nyu Meksiko ştatında isə indiyədək 9 qızılcaya yoluxma faktı aşkar edilib. 

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin  məlumatına görə, hava damçı yolu ilə yayılan hər min qızılca faktından 1-3-ü ölümlə nəticələnir.

Paylaş: