ABŞ-da quş qripi böhranı
ABŞ-nın Ayova ştatında fermada toyuqlarda quş qripi aşkar edildikdən sonra ştatda iyunun 27-dək fəlakət vəziyyəti elan edilib.
Qeyd edək ki, ABŞ-da əvvəllər quş qripi inəklərdə müşahidə edilib, iki işçi quş qripinə tutulub, süd içən bəzi pişiklər isə quş qripi səbəbindən ölüb.
Ayova ştatının rəsmiləri Sioux qraflığındaki fermada toyuqlarda yüksək patogenli quş qripinin (HPAI) müsbət halını təsdiqləyib.Mütəxəssislərə görə,ev quşlarında HPAI (Yüksək Patogen Quş Qripi) aşkarlanması dərhal ictimai sağlamlıq problemi yaratmır və quş əti məhsulları istehlak üçün təhlükəsiz olaraq qalır.
Amma istehsalçılar sürülərində HPAI əlamətlərindən şübhələnirlərsə, dərhal baytarları ilə əlaqə saxlamalıdırlar.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...