2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

ABŞ-da qum fırtınası yol qəzalarına səbəb olub

05-03-2025
IMG

ABŞ-nın Nyu-Meksiko ştatına təsir edən qum fırtınası görmə məsafəsinin sıfıra enməsinə və zəncirvari yol qəzalarına səbəb olub. Bildirilib ki, yol qəzaları nəticəsində 2 nəfər xəsarət alıb.

Meteorologiya xidmətinin xəbərdarlığından sonra bir çox sürücü avtomobillərini tərk edərək fırtınanın keçməsini gözləyib. Dexter Yanğın və Xilasetmə İdarəsinin rəisi Castin Pauel bölgədəki yolların bağlı olduğunu bildirib və hamını evdə qalmağa çağırıb.

Paylaş: