ABŞ-də qatar yanğınsöndürən maşınla toqquşub, xəsarət alanlar var
ABŞ-nin Florida ştatında sərnişin qatarı yanğınsöndürən maşınla toqquşub.
Fhnews.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Qeyd olunub ki, hadisə təxminən saat 10:45-də (Bakı vaxtı ilə 19:45) Delrey-Biç şəhərinin İst-Atlantika prospekti və Dəmiryol prospekti ərazisində baş verib.
Qəzadan sonra 3 yanğınsöndürən xəstəxanaya yerləşdirilib, qatarın 12 sərnişini isə yüngül yaralarla tibb müəssisələrinə çatdırılıb.
Şəhərdə dəmir yolu qatarlarının hərəkətində ləngimələr yaranıb, yaxınlıqdakı avtomobil yolu bağlanıb. Toqquşma yerindən çəkilmiş kadrlarda yanğınsöndürən maşının aşdığı görünür.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...