ABŞ-da olan 14 tarixi əsər Türkiyəyə qaytarılıb
ABŞ-nın Nyu York şəhərindəki Türk Evində 14 tarixi əsərin Türkiyəyə qaytarılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Manhetten Prokurorluğunun birgə tədbiri olub. ABŞ-dan Türkiyəyə qaytarılan 14 artefakt arasında Burdurdakı Bubon antik şəhərindən tunc heykəllər, Bizans dövrünə aid gümüş sikkələr, 18-19-cu əsrlərə aid 2 xəncər və müxtəlif dövrlərə aid terrakota lampaları var.
Mərasimdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı Türkiyəyə qaytarılan 14 əsər arasında dünya arxeologiya ədəbiyyatında mühüm yeri olan Burdurun Gölhisar rayonundakı Boubon antik şəhərinə aid 2 tunc heykəl başı və 1 tunc heykəlin önəmini dilə gətirib : “Bu əsər qədim Bubon şəhərindəki Sebastian quruluşunda tapılan heykəllərdən biri olsa da, elm tərəfindən tanınmayan bir əsərdir. Dünyada bu mövzuda hələ heç bir elmi araşdırma aparılmadığı və bu, antika qaçaqçılığının elmi və mədəni araşdırmaları necə baltaladığını göstərir.”
Yazgı geri qaytarılan digər əşyaların Bizans dövrünə aid 3 sikkə, 18-19-cu əsrlərə aid 2 xəncər, müxtəlif dövrlərə aid 3 terakota qab, 11-ci əsrə aid zərgərlik qutusu parçası və terakota çırağı olduğunu qeyd edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...