2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

ABŞ-da listerioz epidemiyası azı 12 nəfərin ölümünə səbəb olub

25-02-2025
IMG

ABŞ-da listerioz epidemiyası azı 12 nəfərin ölümünə səbəb olub.

Fhnews.az xəbər verir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bununla bağlı məlumat yayıb. Bildirilib ki, 21 ştatda azı 38 nəfər bu infeksiyaya yoluxub. Onlardan 37-si xəstəxanaya yerləşdirilib.

Listeria virusu soyuducuda yaşaya bilər və asanlıqla digər qidalara, səthlərə yayıla bilər.

Virus hamilə qadınlar, 65 və ya daha yuxarı yaşda olan insanlar, eləcə də zəif immun sistemi olanlar üçün xüsusilə təhlükəlidir.

Paylaş: