ABŞ-da hava limanında 2 təyyarə toqquşub, ölən var
ABŞ-ın Arizona ştatının Marisopa vilayətində “Bombardier Learjet” təyyarəsi Skottsdeyl hava limanına endikdən sonra enmə zolağından çıxaraq şəxsi ərazidə park edilmiş “Gulfstream 2100” biznes təyyarəsinə çırpılıb.
Fhnews.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə,
hadisə yerli vaxtla günorta saatlarında baş verib. Bir nəfərin sıxılmış təyyarədə köməksiz vəziyyətdə qaldığı deyilir. Yerli yanğınsöndürmə idarəsi, polis və təcili yardım heyəti hadisə yerindədir və xilasetmə işləri aparılır.
FAA hadisənin başvermə səbəblərini araşdıracağını bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...