2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ABŞ-da baş verən təyyarə qəzasından sonra bölgədə vertalyot uçuşları qadağan edilib

31-01-2025
IMG

ABŞ Federal Aviasiya Administrasiyası  paytaxt Vaşinqtonda baş verən təyyarə qəzasından sonra Ronald Reyqan hava limanı yaxınlığında vertalyot uçuşlarına icazə verməyəcək.

CNN  FAA rəsmisinə əsaslanan hesabatında yanvarın 29-da Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi vertalyotun toqquşması nəticəsində baş verən qəzadan sonra "bölgədəki alçaq hündürlük dəhlizinin bağlandığını" bildirilib.

Bildirilir ki, qəzadan bir gün əvvəl eyni hava limanı yaxınlığında uçan vertolyot səbəbindən daha bir təyyarənin enişinin ləğv edildiyi barədə ABŞ mətbuatında məlumat yayılmışdı.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının qalıqlardan çıxarılan qara qutuların tədqiqindən əldə edilən məlumatlarla qəza ilə bağlı daha aydın məlumatların əldə ediləcəyi gözlənilir.

Paylaş: