2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

ABŞ-da bərə estakadası çöküb

20-10-2024
IMG

ABŞ-nın Corciya ştatında bərə estakadasının uçması nəticəsində azı 7 nəfər ölüb.Makintoş şəhərinin Sapelo adasında Gullah-Geechee bölgəsinin əhalisinin payız festivalına toplaşdığı tədbirdə doka yaxınlaşan bərənin asılmış estakadası uçub və çoxlu sayda insan dənizə düşüb.

Qəza nəticəsində ən azı 7 nəfərin həyatını itirdiyi, çoxsayda yaralının xəstəxanaya yerləşdirildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

ABŞ prezidenti Co Bayden verdiyi yazılı açıqlamada qəzadan çox kədərləndiyini və hadisəni yaxından izlədiyini bildirib.

Paylaş: