ABŞ aviaşirkətinin bütün reyslərində texniki nasazlıq yaranıb
“American Airlines” aviaşirkətinin bütün reyslərində texniki problemlər yaranıb.
Fhnews.az xəbər verir ki, bu barədə aviadaşıyıcının “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
"Hazırda “American Airlines”ın bütün reyslərində texniki problemlə üzləşmişik", - məlumatda bildirilib.
“X” istifadəçilərinin bir çoxu qeyd edir ki, “American Airlines”ın reysləri qeyri-müəyyən müddətə təxirə salınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...