Abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsi daha da genişləndirilib
Abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsi daha da genişləndirilib.
Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hazırda ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.
Müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir. Səyyar abituriyent məsləhət mərkəzlərinin iş qrafiki və ünvanları barədə məlumatı linkdən əldə etmək olar.
Məsləhət mərkəzlərinin ünvanları Dövlət İmtahan Mərkəzinin saytında verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...