2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ƏƏSMN və qurumları bu ilin ilk yarısında 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub

29-07-2024
IMG

Ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Bunun göstəricisi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları bu ilin 6 ayı ərzində daha 50 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Fhnews.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, o cümlədən Dövlət Sosial Müdafiə Fondunda aparılan islahatlarla bağlı 17, sosial sahədə rəqəmsal nailiyyətlərlə bağlı 11, DOST Konsepsiyası ilə bağlı 4, Dövlət Məşğulluq Agentliyində aparılan islahatlarla bağlı 1 beynəlxalq mükafat və sertifikat əldə olunub.

Həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 9, Sosial Xidmətlər Agentliyinə 3, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya 5 beynəlxalq İSO sertifikatı təqdim olunub.

Dövlət xidmətlərinin «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də 1-ci yerə layiq görülüb.

Paylaş: