2034-cü ildə dünya çempionatının finalının keçiriləcəyi stadion bəlli olub
2034-cü ildə futbol üzrə dünya çempionatının final görüşünün keçiriləcəyi stadion bəlli olub.
Fhnews.az FIFA-nin rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda inşa olunacaq Kral Salman Stadionunda təşkil olunacaq.
2025-ci ildən inşasına başlanacaq və 92 mindən çox tamaşaçı tutumuna malik olacaq arena həmçinin mundialın açılış oyununu qəbul edəcək. Matçlar ümumilikdə 5 şəhərin 15 stadionunda reallaşacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciət ünvanlayaraq namizədliyini irəli sürüb. Avstraliya və İndoneziya isə FIFA-ya rəsmi müraciət ünvanlasalar da, namizədliklərini verməkdən imtina ediblər.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...