2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

18 ölkənin fiqurları olan  hava şarları Kapadokya səmasında

09-08-2024
IMG

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Nevşehir Mədəniyyət Yolu Festivalı"na müxtəlif ölkələrdən fiqurlu hava şarları qatılaraq Kapadokya səmasında uçub.

Şəhərdə bu il ikinci dəfə keçirilən festival çərçivəsində dünyada hava şarı turlarının ən sıx olduğu bölgədə pəri bacalarının üzərində maraqlı fiqurların əks olunduğu şarlar uçub.Günün ilk işığında hava şarları uçuşa hazırlaşarkən festival ərazisinə Türkiyə ilə yanaşı, Avstriya, Azərbaycan, Belçika, Braziliya, İngiltərə, Fransa, Almaniya, Hollandiya, Litva, Makedoniya, Moldova, Polşadan gələnlər olub.  Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrədən gələn tədbir iştirakşıları şarları vizual olaraq izləyib.

Qeyd edək ki, Nevşehir Mədəniyyət Yolu Festivalı çərçivəsində fiqurlu şarların uçuşu hər səhər günəş çıxanda baş tutacaq və avqustun 11-dək davam edəcək.

Paylaş: