17 avqust Mərmərə zəlzələsindən 25 il keçir
Episentri Kocaelinin Gölcük rayonunda olan və Türkiyənin yaşadığı ən böyük və ən ağır zəlzələlərdən biri olan 17 avqust 1999-cu il Mərmərə zəlzələsindən 25 il keçir.
17 avqust 1999-cu il tarixində gecə saat 03.02-də 7,4 bal gücündə baş verən və 45 saniyə davam edən Mərmərə zəlzələsi Kocaeli, Yalova, Sakarya, İstanbul və Düzcedə dağıntılara səbəb olub.
Rəsmi rəqəmlərə görə, Mərmərə zəlzələsində 17 min 840 nəfər həyatını itirib, 43 min 953 nəfər isə yaralanıb. Təxminən 200 min insanın evsiz qaldığı, 66 min 441 yaşayış yerinin və 10 min 901 iş yerinin dağıldığı, 285 min 211 yaşayış yeri və 42 min 902 iş yerinin zərər gördüyü zəlzələdə 16 milyona yaxın insan müxtəlif səviyyələrdə zərər çəkib.
Mərmərə zəlzələsi Türkiyədə strukturların əhəmiyyətli bir hissəsinin zəlzələyə davamlı olmadığını və təcili olaraq gücləndirilməsi lazım olduğunu gündəmə gətirdi. Böyük can və mal itkisi ilə nəticələnən zəlzələdən sonra baş verə biləcək təbii fəlakətdə zərərin qarşısının alınması məqsədi ilə “Zəlzələ zonalarında tikiləcək binalar haqqında Əsasnamə” qəbul olundu, 4708 saylı “Tikintilərə baxış haqqında” Qanuna dəyişikliklər edildi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...