1300 illik tarixi olan Potala Sarayı təmir olunur
Tarixi məlumatlara görə, bölgədə ilk tikili 7-ci əsrdə hökm sürən Tubo krallığının kralı Sonqzanqanbunun dövründə tikilib. İlk tikildiyi zaman o, Qırmızı Dağ Sarayı mənasını verən Hongshan Sarayı adlanırdı. 9-cu əsrdə Tubo Krallığının dağılması ilə Honşan Sarayı da dağıdılıb.
1645-ci ildə Beşinci Dalay Lama Honşan sarayının yerində yeni sarayın tikintisinə göstəriş verdi. 1645-ci ildən başlayaraq 300 il davamlı əlavələrlə tamamlanan bina indi Potala Sarayı kimi tanınır.
Hazırda Çinin cənub-qərbindəki Xizang (Tibet) Muxtar Bölgəsinin mərkəzi olan Lhasada yerləşən Potala Sarayı 1300 illik tarixi ilə Lhasanın görməli yerlərindən birinə çevrilib. Potala Sarayı 1994-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...