7 fevral 2025, cümə Bakı, 7°C
IMG-LOGO

Yaponiya naviqasiya peyki daşıyan H3 raketini buraxıb

02-02-2025
IMG

Yaponiya naviqasiya peyki daşıyan H3 raketini uğurla orbitə buraxıb. Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) GPS siqnallarını artırmaq üçün naviqasiya peyki daşıyan H3 raketini uğurla orbitə buraxdığını açıqlayıb. "Michibiki 6" adlı H3 raketinin beşincisi JAXA tərəfindən Kaqoşima prefekturasındakı Taneqaşima kosmodromundan buraxılıb. Orbitə buraxılışın uğurla başa çatdığını elan edən JAXA rəsmiləri peykin 2 həftə ərzində orbitə çatacağını proqnozlaşdırır.

“Michibiki 6” peyki GPS siqnallarını və naviqasiya məlumatlarını gücləndirmək üçün əvvəllər kosmosa göndərilmiş peyklərlə işləmək üçün nəzərdə tutulub.

Paylaş: