Yanvar-fevral aylarında 7,9 min şəxsə əlillik təyin olunub
Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7,9 min şəxsə əlillik təyin edilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb.
Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
Son iki ayda agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.
Sabah Yasamalın bəzi ərazilərində qaz...
İntizam pozuntularına görə 4 vəkilə...
Təqsirləndirilən şəxs: Qarabağa səfər...
Madat Babayan: Silahlar Xankəndidən və...
Arkadi Qukasyandan qondarma rejimlə...