Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır
“Microsoft” korporasiyası geosiyasi dəyişkənlik şəraitində rəqəmsal sabitliyi təmin etmək üçün Avropa İttifaqında (Aİ) bulud və AI infrastrukturunu genişləndirməyi planlaşdırır.
Fhnews.az şirkətin saytına istinadla xəbər verir ki, “Microsoft” şirkəti öz bloqunda yaxın iki il ərzində Aİ-də özünün məlumatların emalı mərkəzlərinin (MEM) imkanlarını 40 faiz genişləndirmək niyyətindədir. “Microsoft” 16 Avropa ölkəsində məlumat mərkəzlərini genişləndirir.
“Bu planlar bu yaxınlarda elan edilmiş addımlarla birlikdə, 2027-ci ilə qədər Avropa məlumat mərkəzlərimizin tutumunu 2023-cü il səviyyəsi ilə müqayisədə iki dəfədən çox artıracaq”, - deyə şirkət qeyd edib. Bölgədəki “Microsoft” məlumat mərkəzlərinin ümumi sayı 200-dən çox olacaq.
Bloqda deyilir ki, şirkət artıq Avropanın kiçik bulud xidməti təminatçıları ilə əməkdaşlıq edir və onların xidmət göstərdiyi bazarlara uyğunlaşdırılmış yeni texnologiya və lisenziya həlləri işləyib hazırlayır.
Bəzi hörümçəklər səs keçirməyən...
Missisipi sahillərində nəhəng "dəniz...
Alimlər 100 milyon il sabit qalan atom...
İngiltərədə 2027-ci ildən etibarən bütün...
İsraildə meşə yanğınları törətməkdə...