Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb
Aprelin 30-da Qətərin paytaxtı Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu başa çatıb. Üç gün davam edən yüksək səviyyəli müzakirələrə müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmilər, təhlükəsizlik üzrə ekspertlər və akademiklər qatılıblar.
Fhnews.az Qətərin Kommunikasiya Ofisinə istinadla xəbər verir ki, builki forum transmilli terror qrupları, özəl hərbi şirkətlər, mütəşəkkil cinayət şəbəkələri və kibercinayətkarlar kimi qeyri-dövlət aktorların artan təsirinə diqqət ayırıb.
Forumda çevik və innovativ diplomatik yanaşmaların, eləcə də beynəlxalq əməkdaşlıq üçün yeni mexanizmlərin qəbulunun zəruriliyi və bunların dəyişən qlobal təhlükəsizlik mənzərəsində sülh və sabitliyin qorunması üçün vacib olduğu vurğulanıb.
Eyni zamanda kibertəhlükəsizlik sahəsində artan təhdidlər, xüsusilə də qeyri-dövlət aktorların süni intellektdən istifadə edərək kiberhücumlar təşkil etməsi, saxta məzmun yaratması və sabitliyi pozmaq və ictimai etimadı sarsıtmaq məqsədilə dezinformasiyalar yayması məsələsi müzakirə olunub. Bundan başqa, bu risklərin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb, ölkələrdə kibertəhlükəsizlik strategiyalarının yenilənməsinin və kiber təhdidlərin izlənməsi və qarşısının alınması üzrə yeni sazişlərin imzalanmasının zəruriliyi qeyd edilib.
Forumda hökumətlərlə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə ehtiyacın olduğu bildirilib.
Qeyd edək ki, builki forumda 60 ölkədən 1400 nümayəndə iştirak edib. Forum çərçivəsində 43 sessiya keçirilib.
2018-ci ildə təsis edilmiş Qlobal Təhlükəsizlik Forumu təhlükəsizlik çağırışları ilə bağlı qlobal dialoq üçün əsas platformaya çevrilib və siyasətçiləri, hüquq-mühafizə orqanlarını, elm adamlarını, media nümayəndələrini və özəl sektor liderlərini bir araya gətirir.
Bəzi hörümçəklər səs keçirməyən...
Missisipi sahillərində nəhəng "dəniz...
Alimlər 100 milyon il sabit qalan atom...
İngiltərədə 2027-ci ildən etibarən bütün...
İsraildə meşə yanğınları törətməkdə...