9 fevral 2025, bazar Bakı, 1°C
IMG-LOGO

Karolin Leavitt: “Covid-19 virusu Uhandakı bir laboratoriyadan çıxıb.”

02-02-2025
IMG

Ağ Evin sözçüsü Karolin Leavitt Covid-19 virusunun Çinin Uhan şəhərindəki laboratoriyadan sızması ilə bağlı iddiaların “təsdiqlənmiş fakt” olduğunu açıqlayıb. Leavitt mətbuat konfransında aktual mövzularla bağlı media mənsublarının suallarını cavablandırıb. O, Mərkəzi Kəşfiyyat İdarəsinin  Covid-19 virusunun Çinin Uhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair son açıqlamasını qiymətləndirib. Ağ Evin sözçüsü: "Bu faktı Amerika xalqına açıqladığı üçün Mərkəzi Kəşfiyyat İdarəsinin  rəhbəri Con Ratkliffi təbrik edirəm. Bayden administrasiyasının bu məsələ ilə bağlı faktları Amerika xalqına izah etmək şansı var idi, lakin nədənsə bunu etmədilər. Bu, təsdiqlənmiş bir faktdır.Bunun ortaya çıxması uzun illər çəkdi, lakin Prezident Donald Trump bu barədə haqlı idi."-deyə fikirlərini açıqlayıb. 

Qeyd edək ki, 2016-2020-ci illərdə ilk prezidentlik müddətinin sonunda Covid-19 ilə bağlı açıqlamalar verən Tramp virusun Çinin Uhan şəhərindəki laboratoriyadan çıxdığını və Çinin vaxtında lazımi tədbirlər görmədiyi üçün bütün dünyaya yayıldığını demiş, amma Çin bu iddiaları rədd etmişdi.

Paylaş: